Interposta.Info

ABŞ təmənnasız hərbi yardımları dayandırır

Dünya
 23-05-2017, 16:57     311

ABŞ yeni büdcə layihəsində xarici ölkələrə qarşılıqsız hərbi yardım proqramlarını kreditlərlə əvəz etmək istəyir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezident Administrasiyasının rəsmi nümayəndəsi Mik Malveyni söyləyib.

“Biz 100 milyon dollar əvəzinə kreditlərin verilməsi tərəfdarıyıq. Bununla bizdən kredit alan xarici ölkələr daha çox hərbi vasitələr əldə edə bilərlər. Lakin bu forma ABŞ-ın Yaxın Şərqdə müttəfiqi olan iki ölkəyə - Misir və İsrailə aid edilməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ mətbuatı bundan öncə bu cür dəyişikliyin daha çox Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə aid ediləcəyini bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26