Interposta.Info

Rusiya ABŞ-ın silah bazarlarını ələ keçirmək istəyir-Foto

Dünya
 18-03-2017, 16:29     501

Rusiyanın dünyaya neft və qazdan sonra ixrac etdiyi əmtəəsinin silah olduğu sirr deyil.

Xüsusilə dünyada qaynar nöqtələrin, potensial münaqişələrin, qızğın müharibələrin getdiyi bir vaxtda Moskva önünə gələn hər fürsəti dəyərləndirmək istəyir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kreml indi də Amerikanın hökm etdiyi silah bazarlarına, daha doğrusu ən çox silah-sursat satdığı dövlətlərə göz dikib.

“Rusiya fevral ayında BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) ilə yeni qırıcı təyyarələrin hazırlanması ilə bağlı müqavilə imzalayan zaman silah ixracatında vaxtilə itirdiyi payı yenidən geri qaytarmaq niyyətini və ABŞ-ın inhisarçı mövqedə olduğu ölkələrə girmək istədiyini bəyan etmiş oldu” – deyə, “The Wall Street” jurnalının yazarı Tomas Qrouv yazır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) verdiyi məlumata görə, 2016-cı ildə Rusiya silah ixracatını 16% yüksəldib, ümumi silah ticarəti dövriyyəsi isə 6,4 milyard dollar artıb.

Hələ keçən il Rusiya prezidenti Vladimir Putin Rusiya tərəfindən sifarişlə başqa ölkələrə göndəriləcək silahın 56 milyard dollar həcmində olacağını söyləmişdi.

“Bu Rusiya üçün rekord məbləğdir” – deyə, məqalədə qeyd olunr.
Rusiya ABŞ-ın silah bazarlarını ələ keçirmək istəyir-Foto


Nəşr Rusiyanın uzun illər boyu silah satışına görə ABŞ-dan geri qaldığını, lakin artıq 2013-cü ildə onu ötüb keçdiyini xatırladır.

Məqalə müəllifi ABŞ-ın silah istehsalçılarının Rusiyanın BƏƏ, Misir və Filippinlər kimi ölkələrə yönəlik həmləsindən olduqca narahat olduğunu vurğulayır.

“Hazırda ruslar Manilada Filippin dövlətinin rəsmiləri ilə silah satışı ilə bağlı danışıqlar aparırlar. Razılıq əldə olunacağı təqdirdə ABŞ-ın keçmiş müstəmləkəsi sayılan və silahlı qüvvələri amerikan hərbi sisteminə uyğunlaşdırılan bu ölkə ilk dəfə Rusiyadan silah idxal edəcək”, -Qrouv qeyd edir.

Müəllif Filippin prezidenti Dutertenin ABŞ-la münasibətlərinin son dövrlərdə korlandığını və məhz bu səbəbdən “qəhrəman” deyə adlandırdığı Putinlə geniş əlaqələr qurmaq istədiyini vurğulayır.
Rusiya ABŞ-ın silah bazarlarını ələ keçirmək istəyir-Foto

Filippinlərin Moskvadakı səfiri Karlos Sorrera ABŞ tərəfinin silah satışı zamanı irəli sürdüyü tələb və məhdudiyyətlərdən bezdiklərini söyləyib.
Belə ki, Vaşinqtonun tələbinə əsasən ABŞ silahlarından insan hüquqlarını pozmaq bahasına istifadə etmək olmaz. Səfirin sözlərinə görə, amerikan silahları ancaq özünü müdafiə etməyə imkan verir.

“Rusiyanın isə bu məsələdə yanaşma tərzi fərqlidir”, -səfir bildirib.

“Hazırda Rusiya Misirlə imzaladığı 3,5 milyardlıq silah tədarükü barədə sazişi yerinə yetirməklə məşğuldur. Burada da Misir-ABŞ münasibətlərinin 2013-cü ildən bu yana soyumasının böyük rolu var”, məqalədə göstərilir.

Son 10 il ərzində ABŞ Misirə və BƏƏ-yə Rusiyadan çox silah satıb. Lakin bölgədə İsrailin hərbi üstünlüyünü qorumaq üçün Vaşinqton İran körfəzi ölkələrinə F-35 tipli radarda görünməyən qırıcı təyyarələri satmağa tələsmir. Bu isə ABŞ-ın ənənəvi müttəfiqlərini olduqca rəncidə edir”, - Qrouv yazır.
Rusiya ABŞ-ın silah bazarlarını ələ keçirmək istəyir-Foto


Müəllif yazır ki, Rusiyanın BƏƏ ilə birlikdə istehsal edəcəyi hərbi təyyarə göstəricilərinə görə F-35-lərə olduqca yaxındır. Bununla BƏƏ və digər körfəz ölkələri İranın təsirindən qorunmağa çalışacaqlar.

“Bütün bu sazişlər Rusiyaya külli miqdarda xarici valyuta ilə təmin edir. Rusiya silahları ABŞ-dakından ucuz başa gəlir ki, bu da onu alıclıların gözündə daha cazibəli edir”, - Qrouv əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26