Interposta.Info

Türkiyəyə qarşı 19 ölkə birləşdi -

Dünya
 19-05-2017, 14:28     1 927

PKK terror təşkilatının “azad edilmiş bölgə” adlandırdığı Kato dağında keçirilən əməliyyatda təşkilatın 53 sığınacağında müxtəlif model 648 silah və tonlarla sursat ələ keçirilib.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, ələ keçirilən silahlar və sursat İsrail, ABŞ, Fransa və İtaliya da daxil olmaqla 19 ayrı ölkədə istehsal olunub.
Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar daha əvvəl Rusiya istehsalı olan S18 versiyasından “SA-16” hava hücumunda müdafiə raketinin aşkarlandığını xatırladıb. Həmin raketlər Türkiyə Silahlı qüvvələrinə məxsus “Super Kobra” vertolyotunun vurulmasına istifadə edilib.
“Üç əsas istiqamət var: Şərq Bloku, Avropa və ABŞ silahları. Mənşəyi bəllidir, amma kimin verdiyi bilinmir. Qərb dünyası PKK-ya verdiyi silahları afişa etdi. PKK-ya silahları keçmişdə kim verdi? Biz bunu çox yaxşı bilirik. Qərb dünyasına etibarımızın olmamasının kökündə PKK-ya verdikləri dəstək dayanır. “Fərat Qalxanı” hərəkatında da gördük: Rusiyanın “Cornet”, Almaniya və Fransanın “Milan” və ABŞ-ın “TOW” silahları”, - o bildirib.
PKK-nın mağaralarında ələ keçirilən silah və sursatların istehsalçısı olan ölkələrin tam siyahısı isə aşağıdakı kimidir: Rusiya, İngiltərə, Almaniya, ABŞ, İtaliya, Çin, İspaniy

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26