Interposta.Info

Türkiyə sahillərindən rus silahları tapıldı -

Dünya
 6-05-2017, 22:56     703

Türkiyənin Sakarya vilayətinin Kaynarca mahalının sahilindən içərisində silah-sursatla dolu 2 sandıq tapılıb.

Axar.az xəbər verir ki, həmin sandıqları balıqçılar görərək aidiyyəti qurumlara məlumat veriblər.

Baxış keçirildikdən sonra silahların üzərində kiril hərfləri ilə yazıların olması müəyyən edilib.

Ehtimal edilir ki, həmin silahlar aprelin 27-si İstanbul boğazında qəzaya uğrayan rus gəmisinə aiddir.

interposta.info
Türkiyə sahillərindən rus silahları tapıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26