Interposta.Info

Şəkini bir-birinə qatan ayı hansısa məmurundur?

Ölkə
 1-06-2020, 12:18     610

Dünən Şəki küçələrində dolaşan ayının heç də meşədən gəlmədiyi, ayı həvəskarı olan hansısa iş adamı və ya məmurun həyətindən qaçdığı haqda iddia yayılıb.

Bu iddianın yaranmasına səbəb ayının boğazında xalta olması haqda ehtimaldır. Belə ki, ayının yayılan fotolarında boğazında xalta olduğu ehtimal edilir.

Vəhşi Təbiətin Mühafizə Fondunun rəhbəri Elşad Əsgərov saytımıza bildirib ki, bu ehtimalı irəli sürmək üçün əsaslı fakt yoxdur:

“Boyundan bədənə keçən hissədə tüklərdə seyrəlmə, boşluq olur. Baş çiyinin üzərində fırlanır və həmin hissə boş görünür. Ayının boğazında görünən o boşluq hissə də xalta yeri deyil, tüklərin seyrəldiyi, boşluq olan yerdir. Şəkillərə, yayılan videolara əsasən fikir bildirmək mümkün deyil. Şəkillərdən hər şey fərqli görünə bilər. Ayıya baxış keçirilmədən hansısa fikir bildirmək mümkün deyil”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26