Interposta.Info

Millət vəkili: "İcbari sığorta haqqında" qanunda boşluq var"

Ölkə
 13-12-2018, 15:31     663

"İcbari sığorta haqqında" qanunda müəyyən qədər boşluq var".

İnterPosta.info
-nun məlumatına görə, bu sözləri Qaynarinfo-ya Milli Məclisin deputatı Fazil Mustafa şəhərdaxili nəqliyyatda sərnişinlərin sığortalanmaması məsələsinə münasibət bildirərkən deyib:

"Sərnişinlərə sığorta ödənilməsi məsələsi əslində qanunvericilikdə dəqiq göstərilməsə də, mahiyyətcə nəzərdə tutulur. Amma bunun dəqiqləşdirilməsinə ehtiyac var. Çünki vətəndaşın günahı olmadan hər hansı bir qəza baş verərsə, ən azı onun müalicə xərclərinin kompensasiyası ödənilməlidir. Ona görə də bunun dövlət tərəfindən nizama salınması olduqca vacibdir. Həqiqətən də burada müəyyən qədər boşluq var və bu boşluqların da aradan qaldırılması lazımdır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26