Interposta.Info

Siyasi və hərbi dairələr Trampı hakimiyyətdən uzaqlaşdırmağa çalışır - Ekspert

Dünya
 18-05-2017, 14:14     430

Donald Tramp prezident kürsüsünə əyləşdiyi hər gün xoşagəlməz situasiyalarla üzləşir. ABŞ prezidentinin Rusiyaya kəşfiyyat məlumatını ağzından qaçırması son günlərin ən çox danışılan mövzusudur.

Almaniyanın “Focus” qəzeti skandalın mümkün nəticələri ilə bağlı maraqlı yazı dərc edib.


Qəzet bununla əlaqədar Almaniyanın ABŞ üzrə ən məşhur ekspertlərindən sayılan Kristian Hakenin rəyini öyrənib.

“Prinsip etibarı ilə Tramp nə istəsə edə bilər. O, Birləşmiş Ştatların prezidentidir. Burada əsas məsələ nəticənin nədən ibarət olacağı ilə bağlıdır. Əgər hər şey “Vaşinqton Post”un təsvir etdiyi kimi baş veribsə, o zaman yaranan situasiya həm ABŞ, həm də onun müttəfiqləri üçün ciddi problemləri vəd edir”, - ekspert bildirir.

Hakenin fikrincə, Tramp bu skandalı qəsdən, ictimai rəyi FTB ətrafında gəzən söz-söhbətdən yayındırmaq məqsədilə də edə bilər.

“Xüsusi xidmət orqanları artıq çoxdandır Trampı tam informasiya ilə təchiz etmirlər və bu sahədə situasiya getdikcə daha mürəkkəb xarakter alır. Bu adamı nə etik, nə də siyasi planda saxlamaq mümkün görünmür, beynəlxalq aləm isə artıq onu ciddiyə almır. Dünyada təhlükəli situasiya yaranıb”, - Hake qeyd edir.

Alman ekspert indiki məqamda Trampı impiçment təhlükəsi gözləmədiyini bildirir. “Hətta Konqres belə bir qərar qəbul etsə bununla bağlı prosedurun sonlandırılması üçün Senatın üçdə ikisinin razılığı tələb olunur. Bunun üçün isə Respublikaçılar partiyasının içində nəsə baş verməlidir. Partiyada bu günə qədər susqun vəziyyətdə qalan qoca qurdlar və iri fiqurlar var ki, indi Trampın hakimiyyətdən uzaqlaşdırılması üzərində planlar qururlar...”, - ekspert deyir.

Hake bununla bağlı olaraq yaxın gələcəkdə çevriliş ehtimalına da toxunub:

“Heç vaxt heç vaxt deməyin, bu adam ABŞ-ı bütün dünyanın gözündə məsxərəyə çevirib...”.

Ekspert ABŞ konstitusiyasının 25-ci düzəlişini xatırladıb:

“Prezident fiziki və psixi olaraq ölkəni idarə edə bilmirsə və bu fakt vitse-prezident və administrasiya tərəfindən təsbit olunsa, prezident Maykl Pens olacaq. Əgər siyasətçilər və hərbçilər artıq bu yöndə çalışırlarsa buna heç təəccüblənmərəm”.

Hakenin fikrincə, Ağ Evdə əsl xaos hökm sürür: “Tramp getdikcə tənhalığa yuvarlanır. O axmaq olmasa da, başqa cür hərəkət edir və siyasətdən heç anlamır. İndiki prezident ABŞ-ın təhlükəsizliyinə ən ciddi təhdid halına gəlib”.

Hakenin fikrincə, Tramp sistemin onun əleyhinə çalışdığının fərqindədir. “Trampın özünün və ailəsinin iqtisadi maraqları da ayrıca problemə çevrilib. Nə qədər qəribə gəlsə də, bütün xarici nümayəndələr Vaşinqtona gəldikdə istisnasız olaraq onun otelində qalmağa üstünlük verirlər. Əgər Trampın prezident kimi yaratdığı kontaktlardan şirkətlərinin xeyir qazanması üçün istifadə etdiyi ortaya çıxsa, o zaman ilgəyi onun boğazına keçirəcəklər. Xüsusilə qızı ilə bağlı bu məsələ daha aydın görünür. İvanka Trampın şirkətinin Çində satışlarla bağlı üstün hüquqlar əldə etməsi bunu göstərir. Bu cür nümunələrin sayı artıqca Tramp ailəsinin Ağ Evdə qalmaq ehtimalı daha da azalır”, - ekspert qeyd edir.

ABŞ-ın keçmiş prezidenti Corc Buşun (kiçik-red.) hüquq məsələləri üzrə müşaviri Riçard Peynter də Hake kimi Donald Trampın konstitusiyanın 25-ci maddəsinə müvafiq surətdə vəzifədən kənarlaşdırılmalı olduğunu düşünür. Peynterin bu barədə qeydləri The Independent qəzetində dərc edilib.
Siyasi və hərbi dairələr Trampı hakimiyyətdən uzaqlaşdırmağa çalışır - Ekspert


Keçmiş müşavirin fikrincə, Trampın Rusiyaya gizli məlumat ötürməsi impiçment üçün əsas verir. “ABŞ-la müttəfiq olan ölkə tərəfindən verilən informasiyanı onun razılığı olmadan yaymaq üstündə istənilən prezidenti 48 saat ərzində vəzifədən kənarlaşdırmaq olar”, - qəzet Peynterin tvitterində bu cümləni yazdığını çatdırır.

Riçard Peynterə görə, vitse-prezident və kabinet 25-ci düzəlişi yaxşıca oxumalıdırlar.

“Həmin düzəlişin 4-cü bəndinə əsasən prezidentin öz səlahiyyətini və vəzifə ilə bağlı öhdəliklərini icra etmək qabiliyyətində olmadığı təsbit edilərsə, o, tutduğu mövqedən uzaqlaşdırıla bilər”.

Müəllif Trampın Rusiyaya məlumat verilməsi ilə bağlı mətbuatda çıxan xəbərlərə “əcəb edirəm” tərzindəki reaksiyasını prezidentin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, səriştəsizlik, habelə kəşfiyyat strukturlarının etibarının aşağı salınması kmi dəyələrləndirilərək bu əsasların onun ölkə başçılığından getməsi üçün kifayət olacağını vurğulayıb.

Ölkənin Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi kimi qüdrətli qurumlarına rəhbərlik etmiş Maykl Hayden isə Trampı ruslar üçün “faydalı axmaq” adlandırıb.
Siyasi və hərbi dairələr Trampı hakimiyyətdən uzaqlaşdırmağa çalışır - Ekspert


“Polezniy durak- bu termin ruslar tərəfindən onların ikrahla yanaşdıqları, lakin özlərinə uyğun hərəkətlər etdirdikləri avam adama deyirlər. Təəssüflə qeyd etməliyəm ki, ABŞ- idarəçilyində son 6 ayda baş verənlər üçün bu termin olduqca uyğun gəlir”, -Heyden The Washington Post-dakı məqaləsində yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26