Interposta.Info

Hindistan ordusu

Dünya
 5-05-2017, 07:28     503

Hindistan ordusu Cənubi Kəşmirin Şopian bölgəsində rejim əleyhdarlarına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

Axar.az xəbər verir ki, bölgədə 20-dən artıq kənd mühasirəyə alınıb.

Suqan, Turkunvaqan və digər kəndlərdə etirazçıların zərərsizləşdirilməsi üçün təhlükəsizlik qüvvələrinin geniş mühasirə həlqəsi yaratdığı bildirilib.

Etirazçılara dəstək verən yerli əhalinin də hökumət qüvvələrinə daş və dəyənəklərlə qarşılıq verdiyi bildirilib.

Qeyd edək ki, müsəlmanların çoxluq təşkil etdiyi Kəşmir bölgəsi Hindistanla-Pakistan arasında mübahisəli ərazi sayılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26