Interposta.Info

Pakistan və Hindistan razılığa gəldi

Dünya
 30-05-2018, 12:19     10 480

Pakistan və Hindistan Kəşmirdə atəşkəsin bərqərar edilməsi barədə razılığa gəlib.

Trend-in məlumatına görə, 2003-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, buna əməl olunmayıb.

Qeyd edək ki, Kəşmir Pakistan və Hindistan arasında mübahisəli ərazi sayılır.

1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın nəzarəti altındadır. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26