Interposta.Info

Hindistan aprel ayının ortalarında hərbi hücuma hazırlaşır

Dünya
 7-04-2019, 22:25     10 378

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Hindistanın ölkəsinə qarşı bu ilin aprel ayının 16-20 tarixləri arasında hərbi aqressiyaya hazırlaşdığını bəyan eidb.

Fransanın AFP agentliyinin verdiyi məlumata görə, Pakistan rəsmisi bununla bağlı etibarllı qaynaqlara sahib olduqlarını söyləyib.

Kureşi jurnalistərlə söhbətində rəsmi İslamabadın 2 gün öncə Hindistanın planları barədə BMT-ni məlumatlandırdığını bidirib.

“Bizim əlimizdə Hindistanın yeni sxem işləyib hazırladığı və planlaşdırdığı barədə ciddi məlumatlar var. Mən bunu tam məsuliyyəti ilə bəyan edirəm. Ümid edirəm dediyim hər bir söz beynəxalq mətbuatın başlıqlarına düşəcək”, -deyə Şah Mahmud Kureşi qeyd edib.

Onun sözlərinə görə, bütün strategiya Pakistana qarşı diplomatik təzyiqlərin gücləndirilməsi üzərində qurulub.

Xatırladaq ki, nüvə silahına malik iki qonşu dövlət arasında münasibətlər bu ilin fevral ayında Hindistan tərəfindən nəzarət olunan Kəşmir vilayətində intiharçı terrorçunun törətdiyi akt nəticəsində 40 hindistanlı hərbçinin öldürülməsindən sonra gərginləşib.

Hindistan aksiyanı törədən “Ceyşi Məhəmməd” (Məhəmməd Ordusu) terrorçu qruplaşmasının Pakistan xüsusi xidmət orqanları tərəfindən idarə olunduğunu iddia edərək birbaşa rəsmi İslamabadı suçlayıb.

Pakistan isə öz növbəsində bütün ittihamları rədd edərək birgə təhqiqat aparmağı təklif edir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26