Interposta.Info

Ermənistan Hindistandan

Dünya
 27-08-2018, 09:01     10 471

Ermənistan Hindistanın “Pinaka” tipli reaktiv yaylım atəş sistemlərini almaq istəyir.

Musavat.com xəbər verir ki, bu barədə “Times of İndia” agentliyi məlumat yayıb.

Sistemi hazırlayan, “Hindistanın Müdafiə araşdırmaları və inkişafı” təşkilatı nəznində laboratoriyanın rəhbəri K.M.Racan agentliyə bununla bağlı məlumatları təsdiq edib.

“Ermənistan nümayəndəliyi bu sistemin Racastan ştatında Poxrane səhrasında necə çalışdığını gözləri ilə görüblər. Nəticələr mükəmməldir”, - Racan bildirib.

Hindistanlı ekspertin sözlərinə görə, Ermənistan həmin sistemlərin modifikasiya edilmiş variantlarına da ciddi maraq göstərir. Hazırda tərəflər arasında hökumətlərarası sazişin bağlanması üçün danışıqlar gedir.

Onu da qeyd edək ki, Hindistanın ilin hər fəslində effektlə istifadə olunan “Pinaka” yaylım atəşli reaktiv sistemi (YARS) canlı qüvvənin məhv edilməsi, yüngül zirehli və zirehli texnikanın, raket buraxılış qurğularının, komanda məntəqələrinin, rabitə əlaqələrinin və hərbi-sənaye infratrukturlarının dağıdılması üçün nəzərdə tutulub.
Atış üçün 214 mm-lik kalibrli reaktiv mərmilərdən istifadə olunur.

Sistemin taktiki texniki xarakteristikası belədir:
Məsafə-40km, uzunluğu- 4950 mm, kalibr- 214 mm, kütləsi- 276 kq.

Hindistanınn “Müdafiə araşdırmaları və inkişaf etdirilməsi” təşkilatı 2016-cı ildə “Pinaka-2” sisteminin də uğurla sınağını həyata keçirib. Əvvəlki “Pinaka”larla müqayisədə yeni sistem 60 km məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir.
Ümumiyyətlə, Hindistan öz YARS-lərinin hazırlanmasına 1991-ci ildən başlayıb. İlk nümunələrin təcrübəsi 1995-ci ildə həyata keçirilib.

Hazırda Hindistan ordusunda 80 belə qurğu var. “Pinaka”lar 4 təkərli ağır “Tatra” yük avtomobillərinə birləşdirilib. Qurğunun üzərindəki 12 raketin hamısı 44 saniyədə buraxıla bilir. 6 “Pinaka” dan ibarət batareya 3,9 kvadrat km-lik ərazini atəşə bürüyə bilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26