Interposta.Info

Türkiyəni Rusiyaya vermək olmaz -

Dünya
 29-04-2017, 17:39     678

Türkiyənin Avropa Birliyinə üzv olması ilə bağlı danışıqlar prosesinin dayandırılmasının tərəfdarı deyiləm.

Bunu Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel deyib.

“Türkiyə qonşuluqda yerləşən böyük bir dövlətdir. Hərbi münaqişə vaxtı belə Türkiyəni kənara itələmədik. Bəs indi niyə bu ölkəni Rusiyaya tərəf yönləndirməyə çalışırıq? İlkin mərhələdə diplomatik danışıqlar davam etməlidir”, - Qabriyel bildirib.

Qeyd edək ki, Z.Qabriyel 22 aprel açıqlamasında da Türkiyənin Avropanın tövsiyyəsinə ehtiyacı olmadığını bildirmiş və AB-nin Ankara ilə üzvlük müzakirəsini dondurması barədə səslənən təkliflərə qarşı kəskin etirazını bildirmişdi./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26