Interposta.Info

Ərdoğanı və ailəsini mühafizə edən polislər FETÖ-çü çıxdı -

Dünya
 27-04-2017, 17:07     745

Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat çərçivəsində vəzifəsindən kənarlaşdırılan polislər arasında Prezident Sarayını mühafizə edən qurumun üzvləri də olub.
Publika.az Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, Mühafizə Xidmətində çalışan 19 polis FETÖ-nün üzvü olduğuna görə işindən kənarlaşdırılıb.
Onlardan 2-si Mühafizə Xidmətində pols rəisi vəzifəsindədir. Əməliyyat kulislərdə “Ak Sarayda FETÖ təmizliyi” olaraq şərh edilib.
Qeyd edək ki, Prezident Sarayının Mühafizə Xidməti prezident və ailə üzvlərinin təhlükəsizliyinə cavabdehdir. Mühafizə Xidmətinin vəzifəsi prezidentin olduğu hər cür bina və müəssisəsinin ətrafında təhlükəsizliyi təmin etməkdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26