Interposta.Info

FETÖ-nün Azərbaycandakı lideri həbs olundu

Ölkə
 30-01-2019, 17:42     10 413

Fəaliyyəti dayandırılan "Zaman" qəzetinin Bakı ofisinin müdiri İbrahim E. iki ölkənin təhlükəsizlik orqanlarının ortaq həyata keçridiyi əməliyyat nəticəsində tutularaq, Türkiyəyə aparılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, FETÖ-nün Azərbaycan qanadının yüksək rəhbərlərindən biri olmaqda ittiham olunurdu.

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən yerini müəyyənləşdirildikdən sonra Azərbaycanın hüquq mühafizə orqanlarına məlumat ötürüb. Daha sonra iki ölkənin güc orqanlarının birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılan İbrahim E. ötən həftə Türkiyəyə aparılıb.

Onun hazırda Ankara Polis İdarəsində sorğusunun davam etdiyi bildirilir.

Qeyd edək ki, İbrahim E. barəsində daha öncə saxlanma qərarı çıxarılmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26