Interposta.Info

Türkiyə razılıq gözləmədi:

Dünya
 27-04-2017, 12:14     874

Sincar və Qaraçoqdakı terrorçu hədəflərini məhv edən Türkiyə bundan sonra beynəlxalq qurumların, müttəfiqlərin razılığını gözləməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Star portalı məlumat yayıb.

Portal bildirir ki, Ankaranın Sincar və Qaraçoq əməliyyatından əvvəl müttəfiqlərinin razılığını gözləməməsində heç bir qanun pozuntusu yoxdur. Belə ki, Türkiyə Suriya və İraqda yaranmış PKK təhlükəsinin böyüməsinin qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə haqqından istifadə edib.

Rəsmi Ankara bu maddədən bəhrələnərək, artıq terrorçu hədəflərini bombalamaq üçün yalnız əməliyyatla bağlı məlumat verəcək və dərhal istədiyi nöqtəni vuracaq.

Qeyd edək ki, türk ordusu iki gün əvvəl Suriya və İraqdakı terrorçu düşərgələrinə sarsıdıcı hava zərbələri endirib. Türkiyənin bu hücumu ABŞ, Rusiya və İran tərəfindən narahatlıqla qarşılanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26