Interposta.Info

Amerikalılar Koreyanı təcili tərk edir –

Dünya
 15-04-2017, 12:46     401

Cənibi Koreyadakı ABŞ hərbçilərinin ailələri paytaxt Seulu tələsik şəkildə tərk etməyə başlayıb.

Axar.az xəbər verir ki, Pentaqon bununla bağlı rəsmi açıqlama verməsə də, təxliyə ilə bağlı xəbərlər sosial şəbəkələr və ABŞ ordusunun Koreyada yerləşən 2-ci piyada diviziyası və 8-ci ordusunda yayılıb.

Qeyri-rəsmi məlumatlara görə, Amerika diplomatlarının ailələrinin də Seulu tərk etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ və Şimali Koreya hökumətləri bir-birini raket zərbələri ilə təhdid etməyə başlayıb. ABŞ "Karl Vilson" təyyarədaşıyan gəmisini və bir raket esminesini bölgəyə yerləşdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26