Interposta.Info

Çin bu ölkə ilə sərhədə 150 minlik ordu yeritdi

Dünya
 12-04-2017, 20:28     463

Çin gözlənilmədən Şimali Koreya ilə sərhədə 150 minlik ordu yeridib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreya mətbuatı yayıb. Çinin belə addım atmasına səbəbin Pxenyanın növbəti ballistik raket sınağı keçirməsi və ABŞ-ın bölgəyə “Karl Vinson” təyyarədaşıyan gəmisini göndərməsi olduğu bildirilir.

Çin rəsmiləri isə Şimali Koreya ilə sərhədə ordunun humanitar missiya üçün yeridildiyini açıqlayıb. Pekin ABŞ-ın Şimali Koreyaya zərbə endirəcəyi təqdirdə burada böyük sayda qaçqın axınının olacağını söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26