Interposta.Info

“Ona çatdırsınlar ki, bizim atom gəmilərimiz də var”

Dünya
 13-04-2017, 18:49     533

Mən Çin lideri Si Szinpindən xahiş etdim ki, Şimali Koreya lideri Kim Çen İnə ABŞ-ın təkcə təyyarədaşıyanlarının yox, həm də atom sualtı qayıqlarının olduğunu da çatdırsın.

Axar.az xəbər verir ki, bunu “Foks Biznes” televiziyasına müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Kim Çen İn böyük səhvə yol verir. Şimali Koreya kimi ölkəyə nüvə silahına sahib olmaq imkanı verilməməlidir. Mən Şimali Koreya ilə bağlı planlarımı gizli tuturam”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ bir müddət öncə Cənubi Koreyaya “Karl Vinson” təyyarədaşıyan gəmisini göndərib və şəxsi heyətə döyüş hazırlığı əmri verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26