Interposta.Info

ABŞ-ın gizli müharibə planı - Şimali Koreyaya raket zərbələri endiriləcək

Gündəm
 10-08-2017, 13:27     10 450

ABŞ Müdafiə Nazirliyi Şimali Koreyada raket atışları üçün nəzərdə tutulan xüsusi meydançalara hava zərbələri endirmək üçün plan qurub

Bu barədə NBC telekanalı məlumat yayıb.

Əsas hücumun Quam adasında yerləşən “Anderson” bazasından havaya qalxacaq B-1B Lancer bombardumançı təyyarələri ilə gerçəkləşdirilməsi nəzərdə tutulur. Zərbələr 20-yə qədər sınaq və texniki təminat obyektini əhatə edəcək.

Şimali Koreya və ABŞ arasında münasibətlər son sutkalar ərzində gərginləşib. Rəsmi Pxenyanın ABŞ bazalarını hədəfə alacaq planlarını açıqlamasından sonra Tramp ölkəsinin buna “od və qəzəb”lə cavab verəcəyini demişdi.(modern.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26