Interposta.Info

Avropa İrəvana böyük pul verməyə hazırlaşır -

Dünya
 30-03-2017, 09:41     780

Ermənistan Prezidenti Serj Sərkisyan öz ətrafına etibarını itirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.

“Əvvəlki seçkilər zamanı o, yalnız axşamlar öz qərargahını bir neçə dəqiqəlik ziyarət edirdi, amma indi Sərkisyan özü hər yerə gedir. Bu dəfə Sərkisyanın özü istəyir ki, seçkilər çox yaxşı keçsin”, – qəzet yazıb.

Qəzet bunun səbəbini də açıqlayıb. Belə ki, aprelin 3-də Ermənistana Avropa Birliyinin “Yunker” proqramı əsasında böyük pul transferinin gerçəkləşdirilməsi planlaşdırılır. Maraqlı məqam odur ki, bu pulun köçürülməsi Ermənistanda seçkinin necə keçməsindən asılıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26