Interposta.Info

Ermənistanda parlament seçkiləri ərəfəsində

Dünya
 28-03-2017, 13:50     364

İqtidardakı Ermənistan Respublika Partiyası və “Tsarukyan” bloku bu məsələdə xüsusilə aktivdir

Ermənistanda parlament seçkilərinə cəmi 5 gün qalıb. Lakin seçki öncəsi atmosferin kifayət qədər gərgin olduğunu söyləmək olar.

Seçki günü yaxınlaşdıqca seçici səsləri uğrunda mübarizə daha çox hərracı xatırladır. Bu məsələdə hakimiyyətdə olan Ermənistan Respublika Partiyasının (ERP) və oliqarx Qagik Tsarukyanın eyni adlı blokunun namizədləri xüsusi canfəşanlıq göstərirlər.

Hər iki siyasi blokda Ermənistanın monopolist oliqarx təbəqələrinin nümayəndələri təmsil olunur.

Bunlardan biri də Ermənistanın şəkər, un və yağ inhisarçısı Samvel Aleksanyandır. Bu yaxınlarda erməni mətbuatı onun seçilmək istədiyi İrəvanın Malatiya-Sebastiya rayonunda məktəb direktorlarının pul müqabilində səslərin alınması ilə məşğul olduqları barədə məlumat əldə ediblər.

Jurnalistlər Aleksanyanı həmin rayonda baş nazir Karen Karapetyanın “Ayastan” kinoteatrında seçicilərlə keçirilən görüşündə yaxalaya biliblər. Burada Samvel Aleksanyanın jurnalistlərin suallarına cavab verərərkən onları ələ salmağa çalışıb.

“Məktəb direktorlarının sizin üçün səs topladığı barədə audioyazı dolaşır”.

“Mənim buna heç bir ehtiyacım yoxdur”,- deyə Aleksanyan cavab verib.

Jurnalistlər Aleksanyanın sahib olduğu un zavodunun işçilərinin zorla qeydiyyat yerlərinin dəyişdirilməsini də xatırladıblar.

“Xeyr, göyərçinim, (Aleksanyan gənc jurnalist qıza belə xitab edir). Mənə kömək edən sadəcə öz dostlarımdır”.

“Şenqavitdə (İrəvanda rayon-red.) sizin camaata pul payladığınız söylənilir”.

“Tsavd danem (qadan alım-red.) mənim nə biznesim, nə də pulum var. Məndə o qədər pul hardandır ki, seçicilərə paylayım”, - deyə erməni milyarder gülərək cavab verib.

“Bəs mindiyiniz maşın kimindir”, -sualına isə Aleksanyan “Bir dostumundur” deyə cavablandıraraq oradan uzaqlaşıb.

Ermənistanın “Yelk” blokundan namizədi, Respublika partiyasının sədri, keçmiş baş nazir Aram Sərkisyan mənsub olduğu siyasi qüvvənin seçkilərin favoriti olduğunu iddia edib.

Sərkisyan Vanadzorda seçicilərlə görüş zamanı “Tsarukyan” blokunun ünvanına daş atıb. O, əhalinin həmin blokun görüşünə pul almaq üçün getdiyini bildirib.

Ermənistanda parlament seçkiləri ərəfəsində

“Həmişə demişəm ki, kabinaya girdiyiniz anda görüləcək ilk iş ERP-in bülletenini zibil yeşiyinə atmaq olmalıdır. İndi isə deyirəm ki, ERP ilə bərabər “Tsarukyan” blokunun da bülletini eyni yerə ünvanlamaq gərəkdir. Çünki bu “Tsarukyan” bloku yox, ERP-2 blokudur. Onlar bir-birinə ötürmə verərək şləyir, oğurlayır və bizim səslərimizi aparırlar”, -keçmiş baş nazir bəyan edib.

Aram Sərkisyan indiki baş nazir Karen Karapetyanı da yaddan çıxarmayıb.

O, erməni əsilli Rusiya milyarderi Samvel Karapetyanın baş nazirə verdiyi dəstəyi və onun daha çox sürprizlər edəcəyi barədə sözlərinə toxunub. Sərkisyanın sözlərinə görə, baş nazir Karen Karapetyanın erməni xalqına 7 ay ərzində gətirdiyi ən xoş sürpriz onun barabanda yaxşı çalmağı bacarmasından ibarət olub.

Digər keçmiş baş nazir, “Azad demokratlar” partiyasından namizəd Hrant Baqratyan keçmiş prezident Levon Ter-Petrosyanın təmsil olunduğu “Konqres- ERX” (Ermənistan Xalq Partiyası) blokuna ilişib. O, rəqib blokun Qarabağ probleminin kompromis yolu ilə həll olunması barədə fikirlərini sərt şəkildə tənqid edib.

Ermənistanda parlament seçkiləri ərəfəsində

“Bu elə belə imzalanacaq kağız deyil. Əgər biz güzəştə getsək səhəri gün Azərbaycan hamımızı qıracaq. Petrosyan

Azərbaycanın Madrid prinsipləri ətrafında müzakirəyə hazır olduğunu söyləyir. Görmüsünüz ki, Azərbaycan nəyəsə razılaşsın? Buraxın bu boş söhbətləri”, - Baqratyan qeyd edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26