Interposta.Info

Kanada polisi rusu belə öldürdü -

Dünya
 11-03-2017, 20:20     570

Kanada polisi rusu belə öldürdü -

Kanadanın Edmonton şəhərində polisin Vitaliya Savina adlı rus sürücünü öldürməsi ilə bağlı video yayılıb.

Axar.az xəbər verir ki, yayılan görüntülərdə atəş açılaraq öldürülən sürücünün yerdə uzandığı və polislərin onu həyata qaytarmaq etdiyi cəhdlər açıq-aydın görünür.

Qeyd edək ki, 9 mart tarixində yol patrul xidmətinin əməkdaşları Savinaya qayda pozduğu üçün saxlama əmri veriblər.

Bundan sonra avtomobili saxlayan sürücü bıçaqla polisə xəsarət yetirmək istəsə də, dərhal atəş açılaraq öldürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26