Interposta.Info

ABŞ polisi daha bir qaradərilini öldürdü - Video

Dünya
 15-06-2020, 12:35     693

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-da polis nəzarətə götürmək istədiyi daha bir qaradərili vətəndaşı atəş açaraq, öldürüb.

Hadisə Corciya ştatının Atlanta şəhərində baş verib.

Belə ki, polis park halında olan avtomobilə yaxınlaşaraq, yatmış vəziyyətdə olan qaradərili sürücünü saxlamağa çalışıb. Sürücü Rayşard Bruks müqavimət göstərib, polisin ona qarşı istifadə etdiyi şok tapançasını alaraq qaçmağa başlayıb. Bundan sonra polis ona atəş açaraq, öldürüb.

Corciya İstintaq Bürosundan verilən açıqlamada polisin parklanmış avtomobilin nəqliyyatın hərəkətinə mane olduğuna dair aldığı müraciət əsasında hadisə yerinə getdiyi bildirilib. Açıqlamada polisin adıçəkilən vətəndaşı test etmək istədiyi, lakin onun buna qarşı çıxdığına görə nəzarətə almaq qərarına gəldiyi qeyd edilib.Mənbə: AA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26