Interposta.Info

Azərbaycanda biabırçılıq -

Manşet / Ölkə
 24-01-2017, 15:24     823

Azərbaycanda biabırçılıq -

Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb.

interposta.info xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.


Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26