Interposta.Info

İki ölkəni üz-üzə qoyan

Dünya
 10-03-2017, 07:20     405

İki ölkəni üz-üzə qoyan

Almaniya və Türkiyə arasındakı gərginlik artmaqdadır. Türk əsilli alman vətəndaşı, “Die Welt” qəzetinin müxbiri Dəniz Yucelin fevralın ortalarında “terrorçu təbliğatı aparmaqda və hökuməti sarsıtmaqda” ittihamı ilə Türkiyədə həbs edilməsi iki ölkəni üz-üzə gətirib. Məhz bu həbsdən sonra alman hökuməti gələn ay Türkiyədə keçiriləcək referendumla bağlı AKP iqtidarının Almaniyadakı seçki hüququ olan türklərlə birlikdə tədbir keçirməsinə icazə vermədi.

Bu da gərginliyi daha da artırdı. Rəcəb Tayyib Ərdoğan hökuməti Almaniya qarşısında sərt dirəniş göstərir. Kansler Angela Merkel Yucelin azad edilməsini tələb etsə də, Türkiyə hökuməti jurnalisti nəinki azad etmədi, hətta onu alman casusu adlandırdı. Görünən odur ki, bir jurnalist iki güclü dövləti üz-üzə qoyub, tərəflərdən heç biri geri çəkilmək fikrində deyil. Gələcək baxımından bunun isə, hər iki tərəfə xeyir gətirməyəcəyi bəllidir.

Türkiyə və Almaniyanı qarşı-qarşıya gətirən jurnalistin isə kimliyi daim müzakirə olunur, hər kəs də maraq oyadır.

Oxucularımıza Dəniz Yucelin kimliyini təqdim edirik:

Almaniyanın önəmli mətbuat orqanı olan “Die Welt”in Türkiyə təmsilçi olan D.Yucel 10 sentyabr 1973-cü ildə Almaniyada doğulub. Müxbir olmaqla yanaşı, o köşə yazıları və yazıçılığı ilə də kifayət qədər tanınıb. Berlin Özgür Universitetinin siyasət bölümünü bitirib. 2002-ci ildə həftəlik “Jungle Wold”, 2007-ci ildə isə, “Die Tagezzeitung” qəzetlərində çalışıb. Yucel həmçinin, yazdığı köşə yazıları ilə qalmaqal yaradan jurnalistlərdən biri olub. 2015-ci ildə “Die Welt” qəzetinə keçib, qəzetin Türkiyə təmsilçisi olub. O, 2011-ci ildə “Kurt Tucholsky Edebi Yayıncılık” mükafatına layiq görülüb. 2014-cü ildə Almaniyada ilin jurnalisti seçilib. Yucel 2014-cü ildə Gezi Parkı hadisələri əsasında “Müxalif Türkiyə” portreti çəkib. “Hər yer Taksim” adında bir kitabı mövcuddur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26