Interposta.Info

Moqerinidən alman siyasətçilərə mesaj: Türkiyə ilə...

Siyasət
 5-09-2017, 11:02     8 430

Türkiyənin AB-yə üzv olması ilə bağlı müzakirələr hələ də davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini alman siyasətçilərin Türkiyənin birliyə üzvlük məsələsinin sona çatması ilə bağlı danışarkən deyib.

Moqerini üzvlük müzakirələrindən başqa, Türkiyə və AB-nin bir çox işlərdə ortaq olduğunu da qeyd edib.

"AB və Türkiyə bir-biri üçün strateji əhəmiyyətli tərəfdaşlardır. Üzvlük müzakirələrində əsas olan atılacaq addımlar və əldə olunacaq nəticələrdir", - deyə o qeyd edib.

Xatırladaq ki, seçkidə əsas namizədlər Martin Şults və Angela Merkel siyasi debat zamanı Türkiyə hökuməti əleyhinə tənqidi fikirlər səsləndirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26