Interposta.Info

Rusiya bizi anlamaq istəmir –

Dünya
 22-02-2017, 17:36     648

Rusiya bizi anlamaq istəmir –

Moskva Ankaradan fərqli olaraq, PYD-nin PKK terror təşkilatı ilə əlaqəli olduğuna inanmır.

Axar.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Türkiyə Müdafiə naziri Fikri İşıq söyləyib.

“Mən Rusiya tərəfinin Türkiyə ilə birgə Rakkada işləmək bəyanatını dinlədim. Fikrimcə, hazırda Rakkanın azad edilməsi ilə daha çox İŞİD-ə qarşı koalisiya maraqlanır. Rusiyanın marağı daha çox Hələb və Suriyanın qərbi ilə bağlıdır. PYD-ni digər terror təşkilatları ilə mübarizədə istifadə etmək doğru deyil. Biz Rusiyaya izah edirik ki, PYD elə PKK deməkdir, amma onlar bizi normal anlamaq istəmirlər” – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26