Interposta.Info

Rusiya terror təşkilatlarının necə yarandığını açıqladı

Dünya
 10-04-2017, 21:41     464

Terror təşkilatlarının böyük əksəriyyəti xarici böyük siyasi, maliyyə, hərbi təşkilatların səyləri sayəsində yarandı.

Axar.az xəbər verir ki, bu sözləri "Rusiya Tudey" televiziyasına Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Terror təşkilatlarının böyük əksəriyyətinin öz-özünə əmələ gəlmədiyini qeyd edən Fomin, bunların xarici qüvvələrin səylərinin "meyvə"si olduğunu vurğulayıb.

"Bütün terror təşkilatları deyil, ancaq böyük bir hissəsi öz-özünə əmələ gəlmir. Bunlar xaricdəki böyük siyasi, maliyyə, hərbi təşkilatların səylərinin meyvəsi və nəticəsidir", - Fomin qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26