Interposta.Info

"Bütün dünya

Dünya
 10-02-2017, 21:45     1 155

"Bütün dünya

10 il sonra hər kəs Rusiya Prezidenti Vladimir Putinin haqlı olduğunu gördü.

Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay deyib.

"Dünya ictimaiyyəti kaş Putinin 10 il əvvəlki xəbərdarlıqlarını nəzərə alardı. Münhen Konfransındakı çıxışı Rusiyanın gələcək hakimiyyətləri üçün masaüstü kitab olmalıdır. Burada beynəlxalq və daxili siyasətdə geri atılmayacaq addımlar ilə bağlı prinsiplər konkret şəkildə bildirilir. Burada beynəlxalq prinsiplərin dəstəklənməsi və qorunması, dövlət suverenliyinin müdafiə edilməsi aydın şəkildə izah edilir. Bu, çox qütblü dünya anlamına gəlir. Tək qütblü dünya dominant bir gücün yaratdığı təhlükəli vəziyyətdir. 10 il sonra dünya Putinin haqlı olduğunu gördü. Tarixi çıxışından 10 il keçməsinə baxmayaraq, günümüzdə baş verənləri anlamaq üçün bu, mühüm bir əsərdir, - Oqtay qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26