Interposta.Info

Putinin rəhbərliyi ilə Rusiya buna nail oldu - İlham Əliyev

Siyasət
 27-12-2017, 07:27     10 457

Rusiya dünyada sabitliyin qorunmasında mühüm rol oynayır və eyni zamanda beynəxalq münasibətlərdə aparıcı rola malikdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB liderlərinin qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.

“Rusiya MDB birliyini təşkil edən ölkədir. Belə olan halda, Rusiyada baş verən müsbət proseslər təbii ki, digər ölkələrə də təsirini göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya çox böyük uğura və sosial-iqtisadi inkişafa nail olub. Rusiya beynəlxalq aləmdə böyük nüfuza sahibdir”, - dövlət başçısı bildirib.

İlham Əliyev eyni zamanda vurğulayıb ki, Putinin rəhbərliyi sayəsində Rusiyada cəmiyyətin razılığına əsaslanan ictimai-siyasi sabitlik təmin edilib:

“Azərbaycanda şübhə yoxdur ki, Rusiya xalqı prezident seçkilərində düzgün seçim edəcək. Biz çox yaxşı bilirik ki, ikitərəfli əlaqələrin uğurlu inkişafı sizin adınızla bağlıdır. Son illərdə beynəlxalq arenada kifayət qədər qanlı hadisələr, qarşıdurmalar, düşmənçilik, dinlərarası toqquşma, etnik münaqişələrin şahidi olduq. Buna görə də bütün bu beynəlxalq mənzərə seçdiyimiz yolun düzgünlüyündən xəbər verir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26