Interposta.Info

Kişinyov beynəlxlaq hava limanında 1 milyonluq terror —

Dünya
 7-02-2017, 21:23     597

Kişinyov beynəlxlaq hava limanında 1 milyonluq terror —

Moldovanın paytaxtı Kişinyovda beynəlxlaq hava limanında terror həyəcanı yaşanıb.

Bu gün aeroportda xidmət göstərən sərhəd polislərinə naməlum elektron poçtdan hava limanında mina olması barədə məlumat daxil olub.

“Bu gün səhər saatlarında elektron poçta aeroport ərazisində mina basdırıldğı bildirilib. Naməlum şəxs minalanmış ərazinin göstərilməsi müqabilində pul tələb edib. Bu səbəbdən də, ərazidəki insanlar təxliyyə olunub. Təyyərələrin uçuş qrafiklərində yubanmalar var”, - deyə polisdən məlumat verilib.

Məlumat daxil olan kimi aeroportun işçi heyəti və sərnişinlər evakuasiya olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bomba xəbərdarlığını edən şəxslə bağlı axtarışlara başlayıb.

Naməlum şəxs sonradan polislə bir daha əlaqə saxlayaraq.

Minalanmış sahənin göstərilməsi müqabilində bir milyon dollar təlbə edib. Polis həmin şəxsin yerini müəyyən etməyə çalışır. Məlumatın həqiqət olacağından ehtiyat edən aeroport rəhbərliyi ərazini tamamilə boşaldıb. Hazırda ərazidə minaaxtaranlar və xilasedicilər çalışırlar./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26