Interposta.Info

Rusiya iqtisadiyyatını yalnız

Dünya
 25-01-2017, 09:35     644

Rusiya iqtisadiyyatını yalnız
Rusiya iqtisadiyyatı yalnız neft 100 dollara çatanda 2% arta bilər.

Axar.az xəbər verir ki, bu fikir Rusiya Prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərüffatı Akademiyası, Qaydar İnstitutu və Rusiya İqtisadi İnkişaf Nazirliyi yanında Xarici Ticarət Akademiyasının hazırladığı hesabatda yer alıb. Hesabata əsasən bahalı neft investisiyaların və əhalinin gəlirlərinin artım tempinin sürətləndirilməsinin yeganə vasitəsidir.

Rusiya Statistika Komitəsi hələlik 2016-cı ilin göstəriciləri ilə bağlı statistikanı dərc etməyib. Lakin iddiaya görə, investisiyalar 2015-ci illə müqayisədə 3,7%, real gəlirlər isə 5,6% azalıb.

Neftin 100 dollara orta perspektivdə qalxacağı inandırıcı görünmür. Əgər hətta qiymətlər bu qədər sürətli qalxsa və islahatlar gələcəyə saxlanılsa, o zaman iqtisadiyyatda yeni böhranın yaranması riski artacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26