Interposta.Info

Neft 80 dollara qədər bahalaşa bilər

İqtisadiyyat
 26-01-2018, 11:07     10 501

Bu ilin sonuna qədər dünya bazarında "Brent" markalı neftin qiyməti 80 dollar/barelə çata bilər.

interposta.info
"Report"a istinadən xəbər verir ki, bunu Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri neft-qaz şirkətlərindən biri olan "Crescent Petroleum"un icraçı direktoru Məcid Cəfər deyib.

"Son illər neft kəşfiyyatına və hasilatına investisiyaların azalması neftə tələbin artması fonunda qiymətlərdə şok yüksəlişə səbəb ola bilər. Əgər qlobal iqtisadi artım hazırki templə davam edərsə, yaxın illərdə neft kəskin bahalaşa bilər. Qısamüddətli perspektivdə qiymətlər Venesuelada hasilatın azalması fonunda artmağa davam edə və ilin sonuna 80 dollar/barelə çata bilər",- o qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26