Interposta.Info

“Neft 100 dollara da çata bilər” - İlginc səbəblər

İqtisadiyyat
 29-09-2018, 22:02     10 450

Son 1 həftədir, neftin qiyməti artan templə davam edir. Bu günə olan qiymətlərə görə, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 84,78 dollar/barelə bərabər olub. Dünya bazarında digər markalı neftin də qiyməti 85 dollar civarındadır. Ekspertlər bu gedişlə neftin 100 dollara kimi bahalaşacağını proqnozlaşdırır.

Bəs qiymət artımının səbəbi nədir və bu artım nə qədər davam edəcək?

"XeberBiz" xəbər verir ki, məsələ ilə bağlı BakuPost-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bahalaşmaya 2 faktor təsir edib: İran və Venesuaela. Yəni, neftin qiymətinin artmasının əsas səbəbi yenə də siyasi amillərdir: "Həftənin əvvəlindən qiymətlərin artımına rəvac verən əsas səbəb o olub ki, OPEC+ çərçivəsində bazar iştirakçıları heç bir dəstək ala bilmədilər. 1 milyon barel kvotanın bölüşdürülməsi ilə bağlı vəziyyət hələ də dumanlı qalıb. Bu səbəbdən bütün həftə boyu qiymət daim artımda olub. Bazarda bu qiyməti aşağı sala biləcək heç bir informasiya yayılmayıb, bəyanat da səsləndirilməyib.

“Neft 100 dollara da çata bilər” - İlginc səbəblər

Başqa tərəfdən, neftin qiymətlərinin artımına rəvac verən bir səbəb də İranın Hörmüz körfəzini bağlaması ilə bağlı bəyanatı oldu.

Digər səbəb, çərşənbə axşamı Amerika Enerji Administrasiyasının həftəlik neft ehtiyatları ilə bağlı açıqlamasıdır. Bu açıqlamaya görə, xam neft ehtiyatları azalır. Bu da bazara öz təsirini göstərir. Hələ ki bazarda neft qiymətlərinin aşğıya doğru hərəkət etməsiylə bağlı heç bir siqnal yoxdur. Bu baxımdan demək olar ki, neftin qiyməti gələn həftə də artıma doğru gedə bilər. Bu, gəlib 100 dollara da çata bilər”.

İ. Şabanın sözlərinə görə, bazar iştirakçıları bazarda defisit yaranmasından ehtiyat edir: "Bu defisit nəticəsində dünya bazarında tələb təklifi üstələyə bilər, şirkətlər tələbi ödəmək qabiliyyətində olmazlar. Ona görə də bu, neftin qiymətinin artırır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26