Interposta.Info

Suriya böhranı çözülür –

Dünya
 24-01-2017, 18:17     583

Suriya böhranı çözülür –

Astanada keçirilən Suriya müzakirələrinin ikinci günündə Türkiyə, Rusiya və İran atəşkəs pozuntularının üçlü ortaq müxanizm ilə tətbiqinə nail olmaq üçün razılığa gəlib.

Axar.az xəbər verir ki, ortaq açıqlamanı Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdrahmanov oxuyub.

Razılaşmaya görə, Suriyada atəşkəs rejiminin davam etdirilməsi üçün üç ölkə yeni mexanizm quracaq. Razılaşmanın digər detalları barədə məlumat verilməyib.

Türkiyə və Rusiyanın başçılığı ilə toplanan zirvənin ikinci günündə müxalifətin hərbi qanadı ilə Dəməşq rejimi ilk dəfə bir araya gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26