Interposta.Info

Əsəd rejimi və PKK/PYD arasında kirli bazarlıq

Dünya
 31-07-2018, 17:33     10 380

Terrorçulara muxtariyyət verilir, qarant rolunda isə ABŞ və Rusiyadır

Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG, Əsəd rejimi ilə danışıqlar masasına oturub.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə terrorçuların muxtariyyət üçün bazarlığa başladığı ortaya çıxıb.

Paytaxt Dəməşqdə keçrilən danışıqlarda PKK/PYD-ni İlham Əhməd, Əsəd rejimini isə Suriya ordusunun baş qərərgah rəisinin müavini təmsil edib.

Görüşə dair ilk sızan məlumatlara görə, Əsəd rejimi masaya Fərat çayının şərqində PKK/PYD üçün muxtariyyət və ya məhdud federasiya qurulması haqda təkliflər paketi təqdim edib.

Məlumatlara görə, Dəməşq rejimi ilə PKK/PYD arasındakı görüş ABŞ və Rusiya tərəfindən də dəstəklənir. ABŞ-ın Suriyadakı nümayəndəsi Brett Mcgurk Dəməşqdəki görüşdən əvvəl PKK/PYD liderləri ilə bir araya gəlib. Brett Mcgurkun PKK/PYD-ni Əsəd rejimi ilə danışıqlara təşviq etdiyi bildirilir. Dəməşqdəki ilk görüşün ardından danışıqların davam etdirilməsi haqda razılıq əldə olunub.

Əsəd rejimi ilə terror təşkilatı arasında danışıqların ilk nəticəsinin İdlib məsələsində ortaya çıxdığı qeyd olunur. Suriya rejimi, Türkiyənin təkidi ilə Astana anlaşması çərçivəsində atəşkəs bölgəsi elan edilən İdlibə hücum etməyə hazırlaşır. Türkiyənin dəstəklədiyi Suriya müxaliflərinin nəzarətində olan İdlibin ələ keçirilməsi üçün PKK/PYD də Əsəd rejiminə dəstək verəcəyini açıqlayıb.

Qeyd edək ki, Astana anlaşma çərçivəsində Rusiya, İran və Türkiyə 15 sentyabr 2017-ci ildə İdlibdə atəşkəs bölgəsinin elan edilməsi haqda razılıq əldə etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26