Interposta.Info

Qara geyimli, maskalı etirazçılar Vaşinqtonda mağazaların şüşələrini qırdılar -

Dünya
 20-01-2017, 22:11     702

 Qara geyimli, maskalı etirazçılar Vaşinqtonda mağazaların şüşələrini qırdılar -

Tramp əleyhinə etiraz aksiyaları keçirilib, şəhərdə atışma səsləri

ABŞ-ın yeni prezidenti Tramp və birinci ledi Ağ Evdə Obama cütlüyü tərəfindən qarşılandığı zaman Vaşinqton küçələrində də etiraz aksiyaları başlanıb. Musavat.com xəbər verir ki, Vaşinqtonda qara geyinmiş və maska taxmış yüzlərlə aksiyaçı polislə mübarizəyə girişib.
Etirazçılar mağazaların şüşələrini qırıblar. Polisin aksiyaçılara gözyaşardıcı qaz sıxıb. Aksiyaçılar Amerikanın hər yanından Vaşinqtona axın edib. Tramp tərəfdarları ilə əleyhdarları arasındakı qarşıdurmanı dayandırmaq isə polisin öhdəsinə düşüb.

Xatırladaq ki, dünyanın dörd bir yanında Tramp etirazçıları aksiyalar keçirirlər. London, Brüssel, Fəlistin, Kiyev, Sidney və Dublin etiraz mərkəzlərindən bəziləridir.

Reuters isə xəbər verir ki, Vaşinqtondakı aksiyada xüsusən qara kapuşonlu aksiyaçılar aqressivlikləri ilə seçilirlər. Onlar nəinki dükanların, eyni zamanda yoldakı maşınların da şüşələrini qırırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26