Interposta.Info

Ağ Evdə Tramp əleyhinə növbəti etiraz:

Dünya
 19-08-2017, 13:31     10 401

Ağ Evin İncəsənət Komitəsinin 16 üzvü prezident Donald Trampa etiraz məqsədilə istefa verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sənətçi, yazıçı, memarlardan ibarət komitə Şarlotsvil ərazisində baş verən irqçi etiraz aksiyalarından sonra prezidentin sağçı millətçiləri müdafiəsinə görə bu qərarı qəbul edib.

Qeyd edək ki, Şarlotvildə irqçi etirazçılar əleyhinə aksiyada nümayiş iştirakçıları irqçi şəxsin maşınla hücumuna məruz qalmış, nəticədə 1 nəfər ölmüş, 19 nəfər yaralanmışdı.

1982-ci ildə keçmiş prezident Ronald Reyqan dövründə təşkil edilmiş incəsənət komitəsi prezidentin bu sahə üzrə məsləhətçisi vəzifəsini yerinə yetirirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26