Interposta.Info

Parisdə nümayişlər zamanı 39 nəfər saxlanılıb - VİDEO

Dünya
 1-12-2018, 17:27     548

Parisdə benzin qiymətlərinin artırılmasına görə keçirilən etiraz aksiyaları zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə Fransa televiziyası məlumat yayıb.

Məlumata görə, etirazçılar Şarl de Qol meydanında polisin yaratdığı kordonu yarmağa cəhd ediblər, polis istiqamətində uzun müddət müxtəlif əşyalar atılıb.

Polisin müdaxiləsi nəticəsində 2 nəfər saxlanılıb.

Etiraz aksiyaları səbəbindən Parisin 7 mərkəzi metrostansiyası bağlanıb.

Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.

Onu da qeyd edək ki, Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən 23%, benzininki isə 15% qalxıb./virtualaz.org

***

Parisin 7 mərkəzi metro stansiyaları "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları səbəbindən bağlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paris Nəqliyyat İdarəsinin saytında bildirilir.

Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.

Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən, 23%, benzinin isə 15% qalxıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26