Interposta.Info

Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -

Dünya
 20-01-2017, 13:13     784

Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -


Türkiyə Böyük Millət Məclisində növbəti dəfə dava düşüb.

BakiPost.az Türkiyə mətbuatına istindən xəbər verir ki, məclisdə referendumla bağlı keçirilən iclas zamanı xanım deputatlar əlbəyaxa dava salıblar.

Dava Ankaradan müstəqil deputat seçilən Aylin Nazlıakanın qolunu qandal vasitəsi ilə tribunanın mikrofonuna bağlamasından sonra baş verib.

Xanım deputat parlament sədrinin belə çağrışlarına əhəmiyyət verməyərək kürsüdən enməyib. Spiker Bahçekapılı vəziyyəti sakitləşdirmək üçün əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə fasilə verib. Amma Nazliaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib.

Aylin Nazlıakaya HDP və CHP millət vəkillərdən də dəstək gəlib. Nazliakanın kürsüdən enmədiyini görən AKP-li xanım deputatlar onun ətrafına toplaşıb və onu aşağı düşürməyə çalışıblar. Aylin Nazliaka kürsüdən endiriləcəyini görən zaman qışqırmağa başlayıb.

Xeyli müddət davam edən mübahisə davaya çevrilib. Hətta xanım millət vəkilləri bir-birlərinin saçını yolub. Dava zamanı iki xanım deputat yaralanıb.

interposta.info

Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -
Türkiyədə xanım deputatlar saçyoldusuna çıxdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26