Interposta.Info

Ukraynada deputatlar əlbəyaxa oldu (VİDEO)

Ölkə
 21-12-2018, 00:18     10 329

Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib.

"NewsOne" telekanalının yayımladığı videokadrlarda deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi görünür. Qarşıdurmanın səbəbkarları deputatlar - Yuri Beryoza və Nestor Şufriç olub.

Belə ki, N.Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Y.Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan daha çox deputat Yuri Boyko əziyyət çəkib.

Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib./BAKU.WS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26