Interposta.Info

Con Kerridən şok etiraf:

Dünya
 8-01-2017, 20:46     682

Con Kerridən şok etiraf:

ABŞ dövlət katibi Con Kerrinin şok səs yazısı yayılıb.

BakiPost.az xarici mənbələrə istinadən xəbər verir ki, o, səs yazısında İŞİD terror qruplaşmasının bu dərəcədə böyüməsinin əsl səbəbkarının Amerika olduğunu etiraf edib.

22 Sentyabrda Nyu-Yorkda suriyalı müxaliflər və qərbli diplomatlarla 40 dəqiqəlik gizli iclas keçirən katib "Biz İŞİD-in yalnız Əsəd üzərində təzyiq quracağını düşünüb, qruplaşmanın güclənməsinə mane olmadıq. Rusiya isə bu işə müdaxilə etmək məcburiyyətində idi. Çünki İŞİD Şamı ələ keçirsə yeni güclü dövlət və hakimiyyət yaranacaqdı. Rusiya isə bunu gözə ala bilməzdi. Biz Əsədə məsələnin müzakirəsi üçün masaya oturmağı təklif edəndə, o bizim təklifi qəbul etsəydi Amerika terror qruplaşmanın böyüməsinin qarşısını ala bilərdi. Lakin Əsəd bizimlə masaya oturmaq əvəzinə Putinin dəstəyini qəbul etdi" deyərək, bəzi məqamlara diqqət çəkib.

Qeyd edək ki, səs yazısı VikiLiks (dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihəsidir) tərəfindən mətbuata sızdırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26