Bəşər Əsəd rejiminin İŞİD iddiası blefdir —
Bəşər Əsəd rejimi dolayısı ilə bildirib ki, İŞİD-i Türkiyəyə qarşı onlar yönləndirir.
Suriya milli məclisinin baş katibi Halid Abbud deyib ki, İŞİD, Əl Nusra və digər cihad qruplaşmaları Suriya paytaxtının ətrafından yerləşiblər. Bəs niyə Şamda partlayışlar olmur, amma Türkiyənin müxtəlif vilayətlərində terror aktları törədilir? Suriyanın xüsusi xidmət orqanları qruplaşmanın içinə sızıblar. Türkiyədə baş verənlərin qarşısını heç kəs ala bilməz. Bunun ancaq bir yolu var. Suriyanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmək lazımdır.
interposta.info bildirir ki, Suriya tərəfinin səsləndirdiyi fikirə politoloq İlqar Vəlizadə Ölkə.Az-da münasibət bildirib:
"Suriyanın vəziyyətinə baxanda görünür ki, Suriyanın xüsusi xidmət orqanlarının əlində böyük imkanlar yoxdur. Əgər Suriyanın xüsusi xidmət orqanlarının əlində imkan olsa idi, Suriyanın özündə sabitlik olardı. Bəşər Əsəd rejiminin səsləndirdiyi fikir blef və siyasi oyundur.
Ola bilər ki, Suriya xüsusi xidmət orqanı ilə İŞİD arasında hansısa bir rabitələr olsun, ancaq bu rabitələr həlledici xarakter daşımır.
Suriya milli məclisinin rəhbərinin səsləndirdiyi çağırış ondan xəbər verir ki, Suriya hakimiyyəti Türkiyə ilə real danışıqlara hazır olduğunu bildirir. Bununla belə, iki tərəf arasında kifayət qədər ziddiyətlər var. Bu ziddiyətlərə baxmayaraq, Suriya tərəfi dialoqa hazır olduğunu bildirir. Çox güman ki, bu bir mesajdır və inanmıram ki, bu mesaj Türkiyə tərəfindən qəbul olunacaq. Türkiyə siyasi rəhbərliyinin Suriya böhranından istəkləri məlumdur. Əsəd hakimiyyəti ilə hər hansı danışığa getmək qəbuledilməzdir.
Bu çağırış Rusiya və İran tərəfindən istifadə edilə bilər. Yanvarın 9-da Astana görüşü olacaq. Bu görüşdə təhlükəsizlik məsələləri müzakirə ediləcək. Çox güman ki, Suriyanın bu çağırışı heç olmasa Rusiya tərəfindən dəstək görmək üçün ortaya atılıb. Ola bilsin ki, Rusiya Suriyanın bu çağırışı ilə bağlı bir məsələ qaldıracaq. Yenə də inanmıram ki, Türkiyə bunu qəbul edəcək, ancaq bu çağırış müzakirə predmeti ola bilər".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26