Interposta.Info

Türkiyədə rus səfirin qətli ilə bağlı saxlanılanlar etiraf ediblər —

Dünya
 8-01-2017, 09:45     732

Türkiyədə rus səfirin qətli ilə bağlı saxlanılanlar etiraf ediblər —

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə əlaqədar saxlanılanların sayı 6 nəfər olub.

Ölkə.Az xəbər verir ki, həbs olunanlar qatil Mövlut Mert Altıntaşın məzunu olduğu İzmir Rüştü Ünsal Polis Məktəbinin əməkdaşlarıdır. Onlardan 5-i polis, 1 isə FETÖ üzvü Süleyman Ergen olub. Həmin polislər sonradan Mövlut Mert Altıntaşın iş yoldaşları olub.

Saxlanılan şəxslər dindirilmə zamanı FÖTO ilə bağlı olduqlarını etiraf ediblər və bundan peşman olduqlarını bildiriblər.

Məhkəmədə ifadə verən İ.E. bildirib ki, FETÖ terror təşkilatının toplantılarına qatıldığı dövrdə onların əməlindən xəbərsiz olub. Onun sözlərinə görə, təşkilatın terrorçu olduğu, dini ayrı-seçkiliyə önəm verdiyini bilməyib. Bu səbəbdən də, peşman olduğunu deyən şübhəli, əhv olunmasını diləyib.

Digər şəxs A.Y. da təşkilatın təşkil etdiyi bir neçə tədbirdə iştirak etdiyini bildirib. Lakin o da deyib ki, FETÖ-nün terrorçu təşkilat olduğunu və niyyətlərinin Türkiyə dövlətinə zərər vurmaq olduundan xəbərsiz olub. O da, hərəkətlərindən peşman olduğunu və bağışlanmasını istəyib.

Digər şübhəli E.E. də tədbirlərə qatılarkən FETÖ-nun çirkin niyyətlərini bilmədiyini deyib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26