Interposta.Info

Ruhanidən İstanbul teraktına reaksiya:

Dünya
 2-01-2017, 16:41     1 029

Ruhanidən İstanbul teraktına reaksiya:

Terroru aradan qaldırmasaq, virus kimi hər kəsi saracaq.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ötən gün Türkiyədə baş verən teraktı dəyərləndirərkən söyləyib.

Ruhani İran televiziyalarından birində çıxışı zamanı İstanbuldakı teraktı təəssüflə qarşıladıqlarını bildirib:

"Yeni ilin ilk günündə İstanbulda kədərli bir olayla rastlaşdıq. Günahsız, müdafiəsiz insanların öldürülməsi hər baxımdan qınanılacaq bir məsələdir. Terrorizmə qarşı çıxmasaq, o, heç kimə acımadan bir virus kimi yayılacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26