Interposta.Info

Ruhanidən Bağdada dəstək:

Siyasət
 25-09-2017, 10:21     9 993

İran İraqın mərkəzi hakimiyyətini tamamilə dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani İraqın Baş naziri Heydər Abadi ilə telefon danışığı zamanı bildirib.

Ruhani ölkəsinin İraqın ərazi bütövlüyünə qarşı istənilən addımın əleyhinə olduğunu qeyd edib. Heydər Abadi isə öz növbəsində İran prezidentinə İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə ölkəsinin adından təşəkkürünü bildirib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26