Interposta.Info

Futbolçu sevgilisinə evlilik təklif etdiyi oyunda dəhşətli anlar yaşadı

İdman
 31-10-2018, 19:16     10 507

Çilinin "Antofaqasta" klubunda forma geyinən Eduardo Bello adlı futbolçu həyatının ən önəmli günü olaraq planlaşdırdığı matçda dəhşətli anlar yaşayıb.

23 yaşlı venesuellalı yarımmüdafiəçi "Everton"la ölkə 2 və 45+1-ci dəqiqələrdə 2 qol vurub. Düzdü, bu qollar onun komandası üçün yetərli olmayıb və 2:3 hesabı ilə uduzublar.

Amma Eduardo Bello qoldan sonra tribunaya qaçıb və sevgilisinə evlilik təklifi edib. Müsbət cavab alıb meydana dönən futbolçu bir qədər sonra ağır zədə alıb. Xəstəxanaya aparılan yarımmüdafiəçinin ayağında sınıq aşkarlanıb. Bu səbəbdən o, 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Eduardo Bello bu ildən "Antofaqasta"da çıxış edir. O, cari mövsümdə keçirdiyi 26 çempionat oyununda 13 qol vurub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26