Interposta.Info

Türk futbolçu meyxanaçı

Maqazin
 20-05-2017, 07:24     752

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib.

interposta.info xəbər verir ki, bu barədə meyxanaçı Lent.az-a açıqlamasında deyib. O bildirib ki, təklifə müsbət yanaşmayıb:

"Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm".

Qeyd edək ki, xanım meyxanaçı ötən ay açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

Qeyd edək ki, Mətiş Naxçıvanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26