Interposta.Info

Tanınmış meyxanaçı ağır xəstəliyə tutuldu

Maqazin
 6-03-2018, 11:27     10 552

Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.

interposta.info xəbər verir ki, meyxanaçı Oxu.az-a açıqlama verərək xəbəri təsdiqləyib:

“Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.

Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:

“Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26