Interposta.Info

Rəşad Dağlı meyxanaçı həmkarını bıçaqladı?

Ölkə
 3-10-2017, 12:48     10 009

10:32

Rüfət Nasosnu kimi tanınan meyxanaçı həmkarı Rəşad Dağlı tərəfindən bıçaqlanması barədə yayılan xəbəri yalanlayıb.

Meyxanaçı Azvision.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı ilə dostdur:

“Rəşad Dağlı ilə 17 ilin dostuyuq. 3-4 gündən bir görüşürük. Aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır. Həm də indi Məhərrəmlik olduğuna görə toylarda olmur. Kimsə reytinq qazanmaq üçün özündən belə bir xəbəri uydurub. Toy var ki, məni də bıçaqlasınlar”.

Xatırladaq ki, bu gün mətbuatda məşhur meyxanaçı Rəşad Dağlının Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqladığı haqda məlumatlar yayılmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26